Humana

 

HUMANA AR

QUSMA VƏ QAYTARMAĞA MEYİLLİ UŞAQLAR ÜÇÜN XÜSUSİ QURU SÜDLÜ QARIŞIQ

  • Без генетически модифицированных ингредиентов
  • Без глютена
  • TƏRKİB
  • Hazırlanma
  • Vacibdir
  • Humana

(100 qr. toz) 2048 kc. 489 kkal; yağsızlaşdırılmış süd; demineralizə edilmiş süd zərdabı; bitki yağları (palma, raps, günəbaxan); maltodekstrin; laktoza; qatlaşdırıcı ( akasiya (keçibuynuzu) ağacının kitrəsi); emulqator; soya lesitini; kalsium karbonat; kalium sitrat; kalsium ortofosfat; kalium xlorid; natrium xlorid; vitaminlər: (C vitamini; niasin; E vitamini; pantoten turşusu; A vitamini; B6 vitamini; B1 vitamini; B2 vitamini; fol turşusu; K1 vitamini; biotin; D3 vitamini; B12 vitamini); L- tirozin; natrium sitrat; maqnezium karbonat; taurin; L- fenilalanin; dəmir laktat; L- triptofan; sink oksid; sink sulfat; manqan sulfat; mis sulfatı; kalium yodat; natrium molibdat; natrium selenat.

Şüşəni və əmziyi istifadə etməzdən öncə təmizləyin və bir neçə dəqiqə qaynadın. Lazımi miqdarda yeni qaynadılmış suyu 70ºC-dək soyudun və ya Humana uşaq suyunu 70ºC-dək isidin.

İsidilmiş suyun yarısını təmiz şüşəyə süzün. Humana ölçü qaşığını toz ilə doldurun və qaşığın səthindən bıçağın ucu ilə artıq hissəsini götürün. Bundan sonra lazımi miqdarda tozu şüşəyə tökün. Şüşənin qapağını bağlayın, möhkəm silkələyin. Qalan suyun miqdarını əlavə edin və bir daha silkələyin. 5-7 dəqiqə sonra şüşəni bir daha silkələyin, əmziyi bərkidin və yoxlayın ki, şüşədə olan qidanın temperaturu 37ºC-dək olsun.

Hazırlanma qaydalarını nəzərə alın.

Qidanın düzgün hazırlanmaması və ya hazır qidanın uzun müddət saxlanılması sağlamlıq üçün arzuolunmayan nəticələrə gətirib çıxarır. Qida hər bir qida qəbulundan öncə hazırlanmalı və uşağa verilməlidir. Qalan qidanı təkrar olaraq isitməyin və istifadə etməyin.Süd məhsulunu mikrodalğalı sobada isitməyin. Açılmış paketi bağlayın və sərin, quru yerdə saxlayın. Açıldığı gündən etibarən 3 həftə ərzində yararlıdır.

Ölçü qaşığı = 4,4 q toz.

Hər bir qidalanma zamanı hazırlanma

Su (ml)Körpənin yaşı

Su (ml)

Ölçü qaşığı

Hazır qida ml.

Gündə qidalanmaların sayı

1 həftə

Həkimin təyinatı

 

2-8 həftə

90

3

100

7-8

3 ay

120

4

130

6-7

4 ay

150

5

170

5-6

4 ayından sonra

180

6

200

4-5

Humana AR körpələr üçün xüsusi qidadır. Ondan yalnız həkimin nəzarəti altında istifadə edin. AR-dan istifadə etdikdən sonra qusma halları olduqda, mütləq pediatr ilə əlaqə saxlayın. Humana AR-ın tərkibində asanlıqla həzm olunan karbohidratlar vardır, qlükozaya qarşı dözülməzlik təqdirində, yalnız maddələr mübadiləsinə tez-tez nəzarət etməklə istifadə edin. Humana AR-dan uşaqda inək südünə və laktozaya qarşı dözülməzlik olduğu zamanı,  eləcə də inək südünün proteininə qarşı allergiya və qalaktozemiya zamanı istifadə etməyin!

Uşaqlar dünyada ən dəyərli varlıqlardır. Humana Sizə uşağınızın yaşa uyğun olaraq inkişafı üçün ən yaxşısını təklif edir. 60 illik inkişaf və təcrübəyə istinadən qida üzrə ekspertlər uşağınız üçün ən etibarlı və təbii məhsulu təklif edir. 
Uşağın normal inkişafı üçün təbii məhsuldan istifadə böyük əhəmiyyət kəsb edir.
Humana