Humana

 

HUMANA ANTICOLIC

SANCI, KÖP VƏ QƏBİZLİK ZAMANI QURU SÜDLÜ QARIŞIQ 

  • Geni modifikasiya olunmamış
  • Qlütensiz
  • TƏRKİB
  • Hazırlanma
  • Vacibdir
  • Humana

(100 qr. toz) 2113 kc. 506 kkal; maltodekstrin; süd zərdabı zülalının hidrolizatı; xüsusi strukturlaşdırılmış süd yağı; qalaktooliqosaxarid siropu; bitki yağları (palma, raps, günəbaxan); kalsium ortofosfat; emulqator; soya lesitini; kalium xlorid; kalsium karbonat; kalium sitrat; xolin hidrogentartrat; heyvan mənşəli yağ (balıq yağı); maqnezium karbonat; vitaminlər: (C vitamini; niasin; E vitamini; pantoten turşusu; biotin; B2 vitamini; B1 vitamini; B6 vitamini; A vitamini; fol turşusu; K1 vitamini; D3 vitamini; B12 vitamini); inozitol; taurin; nukleotidlər( uridin-5-monofosfat; adenozin-5-monofosfat; sitidin-5-monofosfat; inozin-5-monofosfat; quanozin-5-monofosfat); L- karnitin; stabilizatorlar L(+) – süd turşusu, dəmir sulfat; sink oksid; mis lizin kompleksi; maqan sulfat; kalium yodat; natrium molibdat; natrium selenat; xrom xlorid.

şüşəni və əmziyi istifadə etməzdən öncə təmizləyin və sterilizə edin. Lazımi miqdarda yeni qaynadılmış suyu 70ºC-dək soyudun və ya Humana uşaq suyunu 70ºC-dək isidin.

İsidilmiş suyun yarısını təmiz şüşəyə süzün. Humana ölçü qaşığını toz ilə doldurun və qaşığın səthini bıçaq ilə düzəldin. Bundan sonra lazımi miqdarda tozu şüşəyə tökün. Şüşənin qapağını bağlayın, möhkəm silkələyin. Qalan suyun miqdarını əlavə edin və bir daha silkələyin. 5-7 dəqiqə sonra şüşəni bir daha silkələyin. Əmziyi bərkidin və yoxlayın ki, şüşədə olan qidanın temperaturu 37ºC-dək olsun.

Hazırlanma qaydalarını nəzərə alın

Qidanın düzgün hazırlanmaması və ya hazır qidanın uzun müddət saxlanılması sağlamlıq üçün arzuolunmayan nəticələrə gətirib çıxarır. Qida hər bir qida qəbulundan öncə hazırlanmalı və uşağa verilməlidir. Qalan qidanı təkrar olaraq isitməyin və istifadə etməyin.Süd məhsulunu mikrodalğalı sobada isitməyin. Açılmış paketi bağlayın və sərin, quru yerdə saxlayın. Açıldığı gündən etibarən 3 həftə ərzində yararlıdır.

Ölçü qaşığı: = 4,5 qr.

Hər bir qidalanma zamanı hazırlanma

Körpənin yaşı

Su (ml)

Ölçü qaşığı

Hazır qida ml.

Gündə qidalanmaların sayı

1 həftə

Həkimin təyinatı

 

2-8 həftə

90

3

100

7-8

3 ay

120

4

130

6-7

4 ay

150

5

170

5-6

4 ayından

180

6

200

4-5

Humana Anticolic körpə uşaqlarda yemək həzm problemləri (sancı və qəbizlik) zamanı xüsusi diyetik qidadır. Humana Anticolic xüsusi tərkibə malikdir, o, yaxşı həzm olunur, dadlıdır, tərkibində sağlam uşaq üçün bütün əhəmiyyətli qida maddələri vardır. Humana Anticolic  doğulduğu andan bir yaşına kimi, ana südünə əlavə qida kimi, və ya ana südü olmadığı zaman əsas qida kimi verilə bilər.

Humana Anticolic yenidoğulmuşlar və bir yaşına kimi uşaqlar üçün xüsusi qidadır. Ondan yalnız həkimin təyinatı ilə istifadə etmək olar. Əgər Sizin uşağınıza qida korreksiyası tələb olunursa, pediatr ilə məsləhət edin.

Humana Anticolic-in tərkibində asanlıqla həzm olunan karbohidratlar vardır, qlükozaya qarşı tolerantlıq pozulduğu zaman ondan maddələr mübadiləsinə daima nəzarət etməklə istifadə edilir. Humana Anticolic - dən uşaqda inək südünün proteinlərinə qarşı allergiya halları olduğu, eləcə də laktozaya qarşı dözülməzlik olduğu zaman istifadə edilmir.

Uşaqlar dünyada ən dəyərli varlıqlardır. Humana Sizə uşağınızın yaşa uyğun olaraq inkişafı üçün ən yaxşısını təklif edir. 60 illik inkişaf və təcrübəyə istinadən qida üzrə ekspertlər uşağınız üçün ən etibarlı və təbii məhsulu təklif edir. 
Uşağın normal inkişafı üçün təbii məhsuldan istifadə böyük əhəmiyyət kəsb edir.
Humana