Humana

 

HUMANA 2

ARDICIL QİDALANMA

  • Genetik cəhətdən modifikasiya edilmiş maddələrsiz
  • Qlyutensiz
  • TƏRKİB
  • Hazırlanma
  • Vacibdir
  • Humana

Yağsızlaşdırılmış süd; demineralizə edilmiş süd zərdabı; bitki yağları (palma, raps, günəbaxan) emulqator(soya lesitini); laktoza; maltodekstrin, qalaktooliqosaxarid siropu; qlükoza siropu; kalsium karbonat;emulqator(soya lesitin) kalium xlorid; kalsium ortofosfat; natrium sitrat; heyvan mənşəli yağ (balıq yağı); xolinhidrogentartrat. Vitaminlər: (C; niasin; E; pantoten turşusu; tiamin; A; B6; riboflavin; fol turşusu; K1; biotin; D3; B12), kalium sitrat; L-tirozin, maqnezium karbonat; taurin; L-triptofan, dəmir laktat; sink sulfat; sink oksid , mis sulfat;kalium yodat; manqan sulfat; natrium selenat.

Şüşəni və əmziyi istifadə etməzdən öncə təmizləyin və bir neçə dəqiqə qaynadın. Lazımi miqdarda yeni qaynadılmış suyu 50ºC-dək soyudun və ya Humana uşaq suyunu 50ºC-dək isidin.
İsidilmiş suyun yarısını təmiz şüşəyə süzün. Humana ölçü qaşığını toz ilə doldurun və qaşığın səthindən bıçağın ucu ilə artıq hissəsini götürün. Bundan sonra lazımi miqdarda tozu şüşəyə tökün. Şüşənin qapağını bağlayın, möhkəm silkələyin. Qalan suyun miqdarını əlavə edin və bir daha silkələyin. Əmziyi bərkidin və yoxlayın ki, şüşədə olan qidanın temperaturu 37ºC-dək olsun.

Hazırlanma qaydalarını nəzərə alın.

Qidanın düzgün hazırlanmaması və ya hazır qidanın uzun müddət saxlanılması sağlamlıq üçün arzuolunmayan nəticələrə gətirib çıxarır. Qida hər bir qida qəbulundan öncə hazırlanmalı və uşağa verilməlidir. Qalan qidanı təkrar olaraq isitməyin və istifadə etməyin.Süd məhsulunu mikrodalğalı sobada isitməyin. Açılmış paketi bağlayın və sərin, quru yerdə saxlayın. Açıldığı gündən etibarən 3 həftə ərzində yararlıdır.

Kənarlarına kimi doldurulmuş və bıçağın ucu ilə artıq hissəsi götürülmüş 1 ölçü qaşığı = 4,6 qr. toz, 3 ölçü qaşığı (13,9 qr) toz + 90 ml. su = 100 ml. hazır qida.

Hər bir qidalanma zamanı hazırlanma

Su (ml)

Ölçü qaşığı

Hazır qida (ml)

150

5

170

180

6

200

210

7

230

Ana südü olmadığı halda asəs qida kimi və ya ana südünə əlavə olaraq istifadə edilə bilər.

Uşaqlar dünyada ən dəyərli varlıqlardır. Humana Sizə uşağınızın yaşa uyğun olaraq inkişafı üçün ən yaxşısını təklif edir. 60 illik inkişaf və təcrübəyə istinadən qida üzrə ekspertlər uşağınız üçün ən etibarlı və təbii məhsulu təklif edir.
Uşağın normal inkişafı üçün təbii məhsuldan istifadə böyük əhəmiyyət kəsb edir.
 
Humana